| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri BMT-nin sessiyasında məruzə edəcək

2013-11-28 23:40:38

2 – 7 dekabr 2013-cü il tarixlərində Azərbaycan Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Assoc. Prof. Vüsal Qasımlı BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktoru Li Yongun dəvətilə Perunun paytaxtı Lima şəhərinə səfər edəcək. 

Vüsal Qasımlı səfər ərəfəsində BMT-nin Sənaye İnkişafı Təşkilatının "Yeni sənaye inqilabi və davamlı inkişaf üzrə əməkdaşlıq" mövzusunda olan 15-ci sessiyasında iştirak edəcək. 

SAM-ın şöbə müdiri sessiyada regionlararası debatda "İqtisadi diversifikasiya və sənaye siyasəti" mövzusunda məruzə ilə çıxış edəcək. 

Debatda V.Qasımlı ilə yanaşı, Perunun istehsal naziri Gladys Triveno Chan, Malayziyadan Fadzilah Ahmad Din, Norveçin Christian Michelson İnstitutunun alimi Dr. Arne Wiig, İslandiya Universitetinin professoru Thorvaldur Gylfason, Microsoftun Latın Amerikası üzrə vitse-prezidenti Barry Ridgway iştirak edəcək.

BMT-nin Sənaye İnkişafı Təşkilatının "Yeni sənaye inqilabı və davamlı inkişaf üzrə əməkdaşlıq" mövzusunda olan 15-ci sessiyasında bir sıra ölkələrin prezidentləri, baş nazirləri və nazirləri, habelə yüksək səviyyəli biznes və akademik dairələrin nümayəndələrinin iştirakı gözlənilir.


 

: 459