| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Ankarada beynəlxalq simpoziumda çıxış etmişdir

2016-10-15 13:15:56

6-7 oktyabr 2016-cı il  tarixlərində Ankara (Türkiyə) şəhərində "Müstəqilliklərinin 25-ci ildönümündə Türk Cümhuriyyətləri" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Tədbir Beynəlxalq Əhməd Yəsəvi Universiteti,Türkdilli dövlətlərin Əməkdaşlıq və Koordinasiya Şurası (TİKA), Beynəlxalq Türk Akademiyası (TVESKO), TÜRKPA, TÜRKSOY, Türkiyə Prezidenti yanında Atatürk Yüksək  Mədəniyyət, Dil və Tarix qurumunun təşkilatçılığı ilə keçirilmişdir.

 

Tədbirdə Türkiyədən və müstəqilliklərinin 25-ci ildönümü qeyd edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan dövlət, hökumət və parlament nümayəndələri, diplomatik missiyanın və türk dünyasının birliyi yönündə fəaliyyət göstərən çoxsaylı qurumların rəhbərləri, tanınmış alimlər iştirak etmişlər.

 

Tədbirdə  Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarova "Türk dünyasında milli quruculuq tarixinin dərsləri: Azərbaycan nümunəsində" adlı məruzə ilə çıxış etmişdir. 

 

Simpoziumun müxtəlif mövzulara həsr edilən 12 bölməsində təqdim edilən 60 məruzə kitab kimi çap eidlmişdir.



 

: 336