| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Astana şəhərinə səfər etmişdir

2015-05-21 12:10:45

21-22 may 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı VIII Astana iqtisadi forumunda (AİF) iştirak və çıxış etmək üçün  Astana (Qazaxıstan) şəhərinə səfər etmişdir.

 

Forumda aktual iqtisadi problemlərin və imkanların, iqtisadi inkişafın möhkəmləndirilməsinə yardım tədbirlərinin müzakirəsi, dünya iqtisadiyyatının tərəqqisinə dair mühüm suallara aydınlıq gətirilməsi planlaşdırılır.


Əsas mövzusu “İnfrastruktur: iqtisadiyyatın sabit inkişafının drayveri” olan tədbirdə müasir şəraitdə sabit inkişafın mühüm amili kimi infrastrukturun modernləşdirilməsi və inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur.


V. Qasımlı Böyük İpək Yolunun perspektivləri və Asiya İnfrastruktur Sərmayə Bankının investisiya imkanları barədə məruzə edəcək. Eyni zamanda Vüsal Qasımlı Azərbaycanda nəqliyyat - loqistika sahəsində görülən işlər barədə de Astana Iqtisadi Forumunun iştirakçılarına məlumat verəcək.


Forumun işində də dünyanın 80-dən çox ölkəsinin siyasi, iqtisadi və biznes dairələrinin təqribən 3 min nümayəndəsinin iştirakı gözlənilir.



 

: 638