| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Astanaya səfər edib

2015-03-29 12:14:50


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Dr.Vüsal Qasımlı martın 26-27-də Qazaxıstanın Astana şəhərində səfərdə olub. 
 
Vüsal Qasımlı Koreya Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunun təşkil etdiyi "Altıncı Koreya - Mərkəzi Asiya əməkdaşlığı" adlanan konfransda məruzə ilə çıxış edib. SAM-ın şöbə müdiri öz məruzəsində Azərbaycanın iqtisadi inkişaf strategiyası və beynəlxalq iqtisadi əlaqələri, həmçinin ölkənin biznes mühiti və xarici investisiyaların cəlbi üçün yaradılan şərait barədə danışıb. 
 
Beynəlxalq konfransda Cənubi Koreya, Mərkəzi Asiya dövlətləri və Azərbaycanın hökümət, parlament və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.


 

: 742