| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Çində Beyin Mərkəzi Forumunda çıxış edəcək

2015-12-09 14:49:59

10-13 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı Pekin şəhərinə (Çin Xalq Respublikası) səfər edəcək.

 

SAM-ın şöbə müdiri "Bir Kəmər - Bir Yol" Beynəlxalq Beyin Mərkəzi Forumunda "Avrasiyanın geoiqtisadiyyatı: Yenidən şəkillənmə" mövzusunda məruzə ilə çıxış edəcək.

 

Forum Böyük İpək Yolunun gələcək perspektivləri və əməkdaşlıq məsələlərinə həsr olunub. Tədbirdə Çin, Türkiyə, Hindistan, Qazaxıstan, Rusiya, Özbəkistan və İpək Yolu üzərində olan digər ölkələrin yüksək ranqlı dövlət nümayəndələri və akademik dairələrin təmsilçiləri iştirak edəcəklər.

 

 

  



 

: 912