| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Koreya Universitetininin dəvəti ilə səfər edəcək

2014-12-15 10:11:23

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Dr.Vüsal Qasımlı dekabrın 17-də Qazaxıstanın Almatı şəhərində səfərdə olacaq. 

 

Vüsal Qasımlı Koreya Universitetinin təşkil etdiyi "Koreya və Avrasiya ölkələri arasında iqtisadi əməkdaşlıq" adlanan konfransda məruzə ilə çıxış edəcək. SAM-ın şöbə müdiri öz məruzəsində Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyada tutduğu lider mövqeyi barədə məlumat verəcək, həmçinin ölkənin biznes mühiti və xarici investisiyaların cəlbi üçün yaradılan şərait barədə danışacaq. 





 

: 852