2014-11-19 09:52:26
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı noyabrın 19-20 tarixlərində
Serbiyaya səfər edəcək. Vüsal Qasımlı BMT-nin Davamlı İnkişaf Şəbəkəsi və Beynəlxalq
Münasibətlər və Davamlı İnkişaf Mərkəzinin birgə təşkil etdiyi "İqlim dəyişikliyi
və yaşıl iqtisadiyyat" adlanan konfransda müzakirələrə qoşulacaq.
Konfransda BMT-dən savayı, digər beynəlxalq təşkilatların nümayəndələri, yüksək səviyyəli hökumət və biznes təmsilçiləri və beyin mərkəzlərinin mənsubları iştirak edəcək.
Konfransda BMT-dən savayı, digər beynəlxalq təşkilatların nümayəndələri, yüksək səviyyəli hökumət və biznes təmsilçiləri və beyin mərkəzlərinin mənsubları iştirak edəcək.
Müzakirələr əsasən post-2015 dövründə davamlı inkişaf məsələlərini əhatə edəcək.