| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Serbiyaya səfər edəcək

2014-11-19 09:52:26

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı noyabrın 19-20 tarixlərində Serbiyaya səfər edəcək. Vüsal Qasımlı BMT-nin Davamlı İnkişaf Şəbəkəsi və Beynəlxalq Münasibətlər və Davamlı İnkişaf Mərkəzinin birgə təşkil etdiyi "İqlim dəyişikliyi və yaşıl iqtisadiyyat" adlanan konfransda müzakirələrə qoşulacaq.


Konfransda BMT-dən savayı, digər beynəlxalq təşkilatların nümayəndələri, yüksək səviyyəli hökumət və biznes təmsilçiləri və beyin mərkəzlərinin mənsubları iştirak edəcək.

Müzakirələr əsasən post-2015 dövründə davamlı inkişaf məsələlərini əhatə edəcək.



 

: 951