| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM –ın təşkilatçılığı ilə “Caucasus International” jurnalının dərc edilməsinin 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

2017-06-16 09:39:24

16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Caucasus International” (CI) jurnalının dərc edilməsinin 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

 

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədovun açılış nitqi ilə başlamışdır. 

 

Moderatorunun jurnalın baş redaktoru Azad Qəribovun olduğu “Cənubi Qafqaz və qlobal aktorlar: Qarşılıqlı əlaqələr, maraqlar və gözləntilər” mövzusunda olan birinci paneldə SAM-ın direktoru Dr. Fərhad Məmmədov, Aİ – nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin birinci müşaviri və Siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin müdiri Denis Daniilidis, Rusiyanın “Valday” Forumunun Proqram direktoru Andrey Suşentsov, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzə, Çin Beynəlxalq Münasibətlər İnstitutunun Vitse-Prezidenti Xu Jian çıxış etmişdir.

 

Moderatorunun “Caucasus International” jurnalının icraçı redaktoru Husrev Tabakın olduğu “Cənubi Qafqaz və qonşuluğu: Regional əməkdaşlıq və ortaq çağırışlar” mövzusunda olan ikinci paneldə Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Alev Kılıç, Almaniyanın Bohum Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülh və Hərbi Münaqişələr Hüququ İnstitutunun direktoru Hans-Yoahim Hayntze, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr. Gülşən Paşayeva, İranın Şəhid Behişti Universitetinin Region Araşdırmaları İnstitutunun müəllimi Hamidreza Azizi, Gürcüstanda yerləşən Beynəlxalq Qara Dəniz Universitetinin müəllimi Georgi Mçedlişvili, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev olmuşdur.

 

Konfrans  sual-cavab sessiyası və SAM-ın direktoru Dr.Fərhad Məmmədovun yekun nitqi ilə başa çatmışdır.

 



 

: 2