| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri “Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır” mövzusunda konfransda iştirak etmək üçün İstanbula səfər edəcək

2015-03-11 12:28:10

2015-ci il martın 12-də İstanbulun Kadir Has Universitetində “Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır” (“Türkiye-Ermenistan Sınırı Neden Kapalı”) mövzusunda konfrans keçiriləcəkdir. 

Moderatorunun Kadir Has Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Dr.Mitat Çelikpalanın olması gözlənilən “Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır? Sərhədin açılmasının Türkiyə-Ermənistan münasibətlərinə təsirləri” adlı birinci paneldə Ankaranın TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dosenti Sərdar Palabıyıkın “ Sərhəd hansı səbəbdən bağlıdır və onun açılmasına kimlər qarşıdır?”,  Ankaranın Atılım Universitetinin dosenti Hasan Ali Karasarın “Sərhədin açılmasının Ermənistan-Türkiyə münasibətlərinə təsiri nə ola bilər?” və Atatürk Universitetinin (Ərzurum) professoru Dr.Kerem Karabulutun “Sərhədin açılmasının Türkiyənin Ermənistanla sərhəd bölgələrinə təsiri nə ola bilər?” mövzularında məruzə edəcəkləri planlaşdırılır.

Moderatorunun Atatürk Universitetinin (Ərzurum) professoru Dr.Kerem Karabulutun olması nəzərdə tutulan “Sərhədin açılmasının regional və qlobal təsirləri” adlı ikinci paneldə Kadir Has Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Dr.Mitat Çelikpalanın  “Sərhədin açılmasının Türkiyənin Cənubi Qafqaz siyasətinə gözlənilən təsirləri”, Abant İzzet Baysal Universitetinin professoru Dr. Kamer Kasımın “ABŞ-Aİ hansı səbəbdən Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir?; Sərhədin açılması erməni diasporunun soyqırım fəaliyyətinə təsir edə bilər-mi?” və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Dr.Cavid Vəliyevin “Türkiyə-Ermənistan sərhədinin açılmasına Azərbaycanın münasibəti nəcə ola bilər? Sərhədlərin bağlı olması Dağlıq Qarabağ məsələsinə necə təsir edib və əgər sərhədlər açılsa nə baş verə bilər” mövzularında çıxışlar nəzərdə tutulub.

Ətraflı məlumat üçün: http://www.khas.edu.tr/abaumindex.php?id=147 




 

: 1248