| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin müəllif olduğu “Azərbaycan-Gürcüstan-Türkiyə: regional əməkdaşlığın uğur nümunəsi” adlı məruzəsi “Qonşuluq siyasəti” icmalında nəşr edilmişdir

2015-03-13 12:34:12

Türkiyənin  Kadir Has Universitetinin Beynəlxalq və Avropa Araşdırmalar Mərkəzi (Center for İnternational and European Studies) tərəfindən nəşr edilən “Qonşuluq siyasəti” icmalının (Neighbourhood policy paper) 14-cü (mart 2015) buraxılışı “Azərbaycan-Gürcüstan-Türkiyə: regional əməkdaşlığın uğur nümunəsi” adlı məruzəyə həsr olunmuşdur. Məruzənin müəllifləri Türkiyənin Kadir Has Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Dr.Mitat Çelikpala və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Dr. Cavid Vəliyevdir.


Məruzədə İkitərəfli münasibətlərdən üçtərəfli əməkdaşlığa strateji keçid, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çərçivəsində hər üç ölkənin Xarici işlər nazirlərinin Batumi, Gəncə və Qarsda keçirilən Zirvə görüşləri, iqtisadi və ticari sahədə əməkdaşlıq, enerji məsələlərində qarşılıqlı asılılıq, Şərq-Qərb ticarət dəhlizinin mərkəz bölgəsi, Bakı-Tbilisi-Qars dəmiryolu, təhlükəsizliyin bölünməzliyi və s. məsələlər toxunulmuşdur.


Qeyd edək ki, “Qonşuluq siyasəti”  icmalının (Neighbourhood policy paper) mütəmadi olaraq çap edilməsində məqsədi Avropa İttifaqının Şərq qonşuları ilə bağlı məsələlər üzrə mütəxəssis fikirlərini paylaşmaqdır.  


http://www.khas.edu.tr/cms/cies/dosyalar/files/CIES%20Policy%20Brief%2003.pdf




 

: 1440