| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın əməkdaşı “Böyük Regional Neft və Qaz Sammiti”-ndə çıxış etmək üçün İstanbula səfər edəcək

2016-02-29 10:02:49

2 mart 2016 -cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva “Böyük Regional Neft və Qaz Sammiti”-ndə çıxış etmək üçün İstanbul (Türkiyə) şəhərinə səfər edəcək. 

 

Sammit Böyük Britaniya Ticarət və İnvestisiya Nazirliyinin təşkilatçılığı,  “BP” və “Türk Petrolları” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

 

Gülmira Rzayeva tədbirdə "Türkiyə və Xəzər üçün perspektivlər" adlı paneldə çıxış edəcək. 

 

Sammitdə Türkiyə Respublikasının Enerji Naziri Berat Albayrak, Qazaxıstan Respublikasının Enerji Naziri Vladimir Şkolnik, ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev, Gürcüstan Respublikasının Enerji Naziri Kaxa Kaladze, Türkmənistan Respublikasının Neft və Qaz Naziri Miratgeldi Meredov və Avropa İttifaqı “DG Energy”-nin Baş Direktoru Dominik Ristorinin iştirakı planlaşdırılır.  



 

: 220