| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın aparıcı elmi işçisi Türkiyəyə səfər edəcək

2017-07-07 12:00:08

9-13 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmirə Rzayeva Dünya Neft Konqresində iştirak etmək məqsədilə İstanbula səfər edəcəkdir.

 

Neft vǝ tǝbii qaz sektorunun ǝn nüfuzlu tǝdbiri olan Dünya Neft Konqresində SAM-ın aparıcı elmi işçisi Türkiyə və Avropanın təbii qaz bazarlarının inkişafına həsr edilmiş “Təbii qazın istehsalçıdan bazara çatdırılması” mövzusundakı paneldə Şah Dəniz yatağının ikinci fazasından hasil edilən təbii qazın Türkiyə və Avropaya  ixracından bəhs edəcəkdir.

 

Qeyd edǝk ki, sözügedən tədbirdə ölkə başçılarının, 50-si nazir səviyyəsində olmaqla 6 mindən çox təmsilçinin və 500-dǝn artıq şirkǝt nümayǝndǝlərinin iştirakı gözlənilir.  



 

: 343