| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM MDB ölkələrinin neft və qaz üzrə 11-ci illik sammitində təmsil olunacaq

2011-05-23 10:41:00

25-27 may 2011-ci tarixində Parisdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin neft və qaz üzrə 11-ci illik sammiti keçiriləcək. Zirvə görüşü «The Energy Exchange» və «Total» şirkətlərinin dəstəyi ilə baş tutacaq. Sammitdə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və digər ölkələrin nümayəndələri iştirak edəcək.
 
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini(SAM) elmi işçi Gülmirə Rzayeva təmsil edəcək.
 
Sammitdə bir sıra iri neft və qaz yataqları, o cümlədən "Şahdəniz” layihəsi, Azərbaycan-Gürcüstan-Rumıniya arasında imzalanmış AGRI qaz boru kəməri layihəsi, həmçinin regionda yeni strateji alyansların formalaşması, neft-qaz sahəsində gələcək perspektivlər, təbii qazın Avropaya uzunmüddətli ixracı, ixrac marşrutlarının gələcək diversifikasiyası, Xəzər regionu ölkələrinin neft-qaz siyasəti və digər məsələlər müzakirə olunacaq.


 

: 411