| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Mərkəzi və Qərbi Asiyada inkluziv artim üçün yaxşi iş: Azərbaycan və Qazaxıstanda iqtisadi struktur transformasiyasi, əmək bazari institutlari, tənzimləmə çərçivələri və yaxşi iş yaradilmasi” mövzusunda elmi-tətbiqi konfrans keçirir

2016-05-20 12:46:03

20-21 May 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Asiya İnkişaf Bankı və Qazaxıstanın İqtisadiyyat Nazırliyinin İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan “Mərkəzi və Qərbi Asiyada  inkluziv artim  üçün yaxşi iş:  Azərbaycan və Qazaxıstanda iqtisadi struktur transformasiyasi, əmək bazari institutlari, tənzimləmə çərçivələri və yaxşi iş yaradilmasi” mövzusunda elmi-tətbiqi konfrans keçirilir.   



Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov tədbiri salamlama nitqi ilə açmışdır.  



Moderatorunun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin olduğu “Tədqiqatın qısa xülasəsi -hökumətin yaxşı iş yaradılması sahəsində siyasəti” mövzusunda 1-ci sessiyanın məruzəçiləri ADB-nin Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev, Mərkəzi və Qərbi Asiya Departamenti (ADB) aparıcı iqtisadçı Covanni Kapanelli “Mərkəzi və Qərbi Asiyada  inkluziv artim  üçün yaxşi iş: tədqiqatın qısa xülasəsi”, Sosial və Miqrasiya Siyasəti Departamenti və İnstitusional İnkişaf mərkəzinin (Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi) direktor müavini Viktor Buss,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müavini Ramin Danyarov “Azərbaycanda inkluziv artım və yaxşı iş üçün siyasət” mövzuları ilə çıxışlar etmişlər.



2-ci sessiyanın məruzəçiləri Beynəlxalq Siyasi Elmlər İnstitutunun (Milan) elmi məsləhətçisi Alessandro Pio, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İnkluziv artim  üçün yaxşi iş - Siyasi gündəlik” mövzusunda çıxışlar etmişlər. İkinci sessiyanın moderatoru Avropa Yenidənqurma və İnkişaf  Bankının (Azərbaycan) rəhbəri Neyl Makkeyn olmuşdur.      



İki gün davam edəcək tədbirdə “Mərkəzi və Qərbi Asiyada əmək bazari institutlari, tənzimləmə çərçivələri”, “Əmək və iqtisadi struktur transformasiyasi”, “Kiçik və orta ölçülü müəssisələr və yaxşı iş” və “İş və əmək bazarı siyasəti” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub. 



Konfransda siyasətçilər, dövlət agentliklərinin rəsmiləri,  vətəndaş cəmiyyəti, tədqiqat mərkəzləri, beyin mərkəzləri, Azərbaycan və Qazaxıstanın digər institutları da iştirak edir.



Tədbir zamanı iqtisadi struktur transformasiyası,  əmək bazari institutlari, tənzimləmə çərçivələri, həmçinin də kiçik və orta müəssisələrin yaxşı işin yaradılmasındakı rolu  (yaxşı gəlirli, məhsuldar, təhlükəsiz  və inkluziv artıma töhfə verəcək işlər) kimi mühüm məsələlər müzakirə olunacaq.



 

: 196