| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın aparıcı elmi işçisi Moldovada “İnsan Haqqlarına dair Beynəlxalq Hüququn Konstitusional Hüququn Milli Sahələrinə Təsiri” adlı yeni kitabını çap etdirmişdir

2012-11-07 06:05:00

SAM-ın aparıcı elmi işçisi Dr. Kamal Makili-Əliyev Moldovanın Elmlər Akademiyasında Beynəlxalq və Konstitusiya Hüququ haqqında yeni kitabını çap etdirmişdir.

Kitab beynəlxalq hüquq, onun insan hüquqları və dövlət administrasiyası ilə əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub. Kitabın toxunduğu əsas ideyalar beynəlxalq insan hüquqları, onun inkişaf tarixi, insan hüquqlarının əsas mənbələri, əsas prinsiplər kimi bərabərlik məsələləri və diskriminasiya,  həyata keçirilmə sistemləri və  beynəlxalq insan hüquqlarının icbari tətbiqi, əsas və prosessual hüquqlar habelə beynəlxalq insan hüquqları daxil olmaqla bu növ  monitorinq və tətbiqetmə hüquqlarıdır. Kitabın ixtisaslaşdırılmış hissəsi isə beynəlxalq insan hüquqları ilə konstitusiya hüququnun milli filialının müqayisəli təhlilini aparır.

Dr. Kamal Makili-Əliyevin bu kitabı bir çox elmi işçilərin, tədqiqatçıların, dövlət işçilərinin, akademiya işçilərinin, hüquq tələbələrinin və başqalarının maraq dairəsini əhatə edəcək. 



 

: 24