| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Vüsal Qasımlı Koreyada qonaq alim kimi fəaliyyətə başlayıb

2013-01-07 04:13:00

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı bu ilin əvvəlindən Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim olaraq bir aylıq fəaliyyətə başlayıb.

V.Qasımlı Cənubi Koreya alimləri ilə əməkdaşlıq edərək "Resursla zəngin ölkələr: Modernizasiya iqtisadi diversifikasiyanın əsasıdır" mövzusunda kitabın üzərində tamamlama işləri aparacaq. Xüsusən də Azərbaycanın Cənubi Koreyanın iqtisadi inkişaf təcrübəsindən yararlanması imkanları tədqiq olunacaq.

SAM-ın əməkdaşının Cənubi Koreyanın rəsmi və işgüzar dairələrində görüşlər keçirməsi planlaşdırılır. Qonaq alim proqramı çərçivəsində V.Qasımlıya tədqiqat nəticələrini Koreyada təqdim etmək və Beynəlxalq İqtisadi Siyasət İnstitutunun nəşrlərində dərc etdirmək imkanı yaradılacaq.

V.Qasımlının "Resursla zəngin ölkələr: Modernizasiya iqtisadi diversifikasiyanın əsasıdır" mövzusunda kitabının bu ilin aprelində nəşr olunması gözlənilir.



 

: 432