| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Vüsal Qasımlı Koreyada seminar təşkil etmişdir

2013-02-02 03:58:17

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı Koreyanın Beynəlxalq İqtisadi Siyasət İnstitutunda "Azərbaycan iqtisadiyyatının modernizasiyası: transmilli şirkətlərin rolu” mövzusunda seminar təşkil etmişdir.

Seminarda Vüsal Qasımlı qeyd etmişdir ki, Azərbaycan iqtisadi artım göstəricilərinə əsasən dünyanın aparıcı ölkələrindən biridir. Azərbaycanın inkişafının əsas göstəricilərindən biri investisiya cəlbediciliyinin artımı və xarici birbaşa investisiyaların diversifikasiyasıdır.
Akademik dairələrdən əlavə, seminarda Koreya hökumətinin və iri biznesin də nümayəndələri iştirak etmişdir.
Xatırladaq ki, Vüsal Qasımlı Koreyanın Beynəlxalq İqtisadi siyasət İnstitutunda qonaq alim kimi fəaliyyət göstərir.


 

: 394