| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini Gülşən Paşayeva Helsinkiyə rəsmi səfər edəcək

2012-10-30 06:05:00

31 Oktyabr 2012-ci il tarixində Helsinki şəhərində (Finlandiya) "Sərhədsiz, Hüdudsuz Cənubi Qafqaz: Münaqişələr, Əməkdaşlıq və İnkişaf” mövzusunda konfrans keçiriləcək.   

Konfrans Wider Europe Initiative (WEI) Təhlükəsizlik Qrupu daxilində Təhlükəsizlik və İnkişaf Tədqiqatının bir hissəsi olaraq Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Fin İnkişaf Əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. 

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələrin iştirakı gözlənilir. Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva təmsil edəcək. 



 

: 386