| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini Gülşən Paşayeva Vaşinqtonda simpoziumda çıxış edəcək

2011-10-14 04:48:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor-müavini oktyabr ayın 15-17-nədək Vaşinqtonda Corc Meyson Universitetinin Münaqişələrin təhlili və həlli İnstitutunda (Institute for Conflict Analysis and Resolution) "Çıxılmaz vəziyyətdən çıxış yolları: Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin qiymətləndirilməsi” mövzusunda keçiriləcək simpoziumda çıxış edəcək.
Simpoziumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həll olunması imkanları nəzərdən keçiriləcək. Gülşən Paşayeva ilə birgəsimpoziumda XİN-nın mətbuat katibi Elman Abdullayev və ADA-nın nümayəndəsi Taleh Ziyadov iştirak edəcəklər. Ermənistanı bu simpoziumda XİN-nin rəsmisi Tiqran Mkrtıçyan və vətəndaş cəmiyyətinin nümayəndələri təmsil edəcəklər.


 

: 491