| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini Türkiyədə səfərdədi

2011-09-22 04:54:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva 23-25 sentyabr tarixlərində Ankarada Orta Şərq Texniki Universitetinin(Türkiyə) Orta Asiya-Qara Dəniz Mərkəzi(KORA) və Xəzər Universitetinin(Azərbaycan) təşkil etdikləri "Avropa İttifaqı, Qara Dəniz regionu və Cənubi Qafqazda təhlükəsizlik və sərhədyanı əməkdaşlıq” mövzusunda keçiriləcək simpoziuma qatılacaq.

SAM-ın direktor müavini tədbirdə "Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun Cənubi Qafqazda sərhədyanı əməkdaşlığa təsiri” mövzusunda əsas məruzəçi qismində iştirak edəcək.

Simpoziumun keçirilməsində əsas məqsəd alimləri, siyasətçiləri və bu sahədə çalışan bir sıra mütəxəssisləri bir araya gətirərək onlarla Avro-Atlantik, Qara Dəniz və Cənubi Qafqaz regionlarının təhlükəsizlik, transsərhəd əməkdaşlıq və digər əlaqəli məsələləri geniş müzakirə etməkdir. Simpoziumun digər məqsədi debatlara, nəzəriyyələrə, yanaşma və metodologiyalara yönəlmiş regional tədqiqatların -  Avropa, Qara Dəniz və Post-Sovet tədqiqatların mövcud vəziyətini müzakirə etməkdir.



 

: 406