| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru Mərakeş şəhərinə səfər edəcək

2014-01-22 00:37:41

24-25 yanvar 2014-cü il tarixlərində SAM-ın direktoru Fərhad Məmmədov və məsləhətçi eksperti Kamal Qasımov Mərakeş Strateji Araşdırmalar Mərkəzi və Afrika Strateji Araşdırmalar Federasiyasının təşkil etdiyi V beynəlxalq təhlükəsizlik forumda çıxış etmək üçün Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək.
 
"Şimali Afrika, Sahara və Sahel bölgələrində təhlükəsizlikdə problemlər və təhlükəsizlik baxımından həssas ərazilərin genişlənməsi" adlı V forumda Afrikada təhlükəsizlik problemləri, ərazi münaqişələri və Yaxın Şərqdə baş verən proseslərin Şimali Afrika ölkələrinin təhlükəsizliyinə təsiri mövzularının müzakirəsi planlaşdırılır.    
 
Forumda Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə təhdid kimi" mövzusunda çıxış edəcək.
 
Forumdan sonra, 25 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulub.


 

: 432