| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın dəstəyi ilə Türkiyədə “Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlı kitab nəşr olunub

2011-04-01 05:22:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və maddi dəstəyi ilə Türkiyədə "Cənubi Qafqaz: Ərazi Bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlı kitab nəşr olunub.
 
Kitab Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərinin bərpasının 20 illiyinə ithaf olunaraq hazırlanmış və Cənubi Qafqaz dövlətlərinin siyasi, təhlükəsizlik və enerji əlaqələri açıqlanaraq  gələcəkdə ehtimal olunan inkişaf ssenariləri analiz edilmişdir. Kitabda Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nazim Cəfərsoy, SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev, uzun illər Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzində çalışmış Kamil Ağacan, İstanbul Kadir Has Universitetinin dosenti Mitat Çelikpala, Bilkent Universitetinin müəllimi Necdət Pamir, Abant İzzet Baysal Üniversitetinin Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Kamer Kasım, QafqazSAM-ın rəhbəri Araz Aslanlı, TÜRKSAM-ın rəhbəri Sinan Oğan, Kırıkkale Üniversitetinin müəllimi Şenol Kantarcı və Kadir Has Üniversitetinin Rektoru Mustafa Aydın kimi tanınmış beynəlxalq münasibətlər üzrə mütəxəssislərin məqalələrindən ibarətdir.
 
Cənubi Qafqaz üzrə ekspertlərin birgə çalışmasının məhsulu olan kitab mövzuyla maraqlanan və bu sahədəki mütəxəssislər üçün əvəzedilməz  qaynaq xüsusiyyəti daşıyır.


 

: 140