| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Moskvada “Vahid iqtisadi məkan – Avrasiyaya inteqrasiyanın yolları” beynəlxalq iqtisadi forumunda iştirak edəcək

2012-10-12 06:05:00

13-21 oktyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) "İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev Rusiya Əməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə Moskva şəhərində "Vahid iqtisadi məkan – Avrasiyaya inteqrasiyanın yolları” beynəlxalq iqtisadi forumunda iştirak edəcək.   

Forum çərçivəsində federal hökumətin və Moskva şəhərinin hökumət nümayəndələri, həmçinin Moskvanın sənaye, nəqliyyat, energetika, bank, yüksək texnologiyalar sferasında aparıcı şirkətlərlə görüşlər nəzərdə tutulmuşdur.

Həmçinin, Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri A.R.Belousov, Nəqliyyat naziri M.Y.Sokolov, Rusiya Əməkdaşlıq Agentliyinin rəhbəri K.İ.Kosaçov, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun rektoru A.V.Torkunovla da görüşlər planlaşdırılır.



 

: 377