| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti “Obamanın İkinci Dövrü: Türkiyə-Amerika Əlaqələrində Realizm, Dəyişmə və Davamlılıq” mövzulu beynəlxalq konfransda çıxış edəcək

2013-02-04 03:30:00

5 fevral 2013-çü il tarixində SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi və "Caucasus International” jurnalının baş redaktoru Zaur Şiriyev  Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) təşkil etdiyi  "Obamanın İkinci Dövrü: Türkiyə-Amerika Əlaqələrində Realizm, Dəyişmə və Davamlılıq” mövzulu beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Ankara şəhərinə (Türkiyə) səfər edəcək.   

"Türkiyə-Amerika əlaqələri: Bu gün”,  "Fərqli məzmunlarda Türkiyə-Amerika əlaqələri: Regional və Qlobal Ölçülər”, "Türkiyə-Amerika əlaqələri: Gələcək” mövzulu panellərin yer alacağı tədbirdə "USAK” Direktoru Özdem Sanberk, ABŞ-ın Ankara səfiri  Frensis Rikardone, "American Progress” mərkəzinin baş elmi işçisi Maykl Verç, "Erdem Holdinq” idarə heyətinin başçısı Zeynel Abidin Erdem və s. iştirak edəcəklər.


 

: 392