| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Oxford Universitetində "İslam maliyyəsi" konfransında iştirak edəcək

2013-03-06 03:04:00

7-12 Mart 2013-cü il tarixlərində SAM-ın İqtisadiyyatın təhlili və globallaşma məsələləri şöbəsinin elmi işçisi Mahir Hümbətov Oxford Universiteti və Malayziyanın Qiymətli Kağızlar Komitəsi (Securities Commission) tərəfindən təşkil ediləcək "İslam iqtisadiyyatı, maliyyəsi, bankçılığı və sığortası" mövzusunda 4-cü illik konfransda iştirak və çıxış etmək üçün Böyük Britaniyanın Oxford şəhərinə səfər edəcək. 

Konfransın məqsədi "İslam maliyyəsinin bugünkü problemləri" və "Post-Sovet məkanında İslam maliyyəsi və bankçılığı" mövzuları ətrafında müzakirələrin, SAM və Oxford Universiteti arasında əməkdaşlığın artırılması istiqamətində diskussiyaların aparılmasıdır. 

Tədbirdə Oxford Universitetinin müəllim və tələbə heyəti, Zati-aliləri Malayziyanın Perak ştatının valisi və Malayziya Beynəlxalq İslam Maliyyəsi Mərkəzinin səfiri Raja Nazrin Şah, Malayziya Qiymətli Kağızlar Komitəsinin keçmiş sədri Zarina Ənvər, eyni qurumun İcraçı Direktoru Zeynal İzlan və hal-hazırdakı sədri Ranjit Singh, İslam Maliyyə Qurumlarının Mühasibatlıq və Audit Təşkilatının (AAOİFİ) baş katibi Xalid əl-Fəkih, İspaniyanın İE Biznes Məktəbinin İslam iqtisadiyyatı və maliyyəsi üzrə Səudiyyə-İspan mərkəzinin direktoru Selia de Anka, Dünya Bankının İdarəçi Direktoru Mahmud Mohieldin, İngiltərənin İslam bankı Gatehouse bankının İdarə heyətinin sədri Richard Thomas, Orta Şərq üzrə tanınmış jurnalist Muştaq Parker, ABŞ-ın Shariahpath məsləhət şirkətinin prezidenti Muddəssir Siddiqi, KPMG-nin Böyük Britaniya ofisinin maliyyə xidmətləri üzrə direktoru Samir Hicazi, İslam Maliyyə Xidmətləri Şurasının (İFSB) Baş Katibi Casim Əhməd və başqaları iştirak edəcək.


 

: 406