| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Eksperti Rusiya Strateji Araşdırmalar institutunda Elmi tədqiqatlar aparacaq

2011-03-30 05:15:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) məsləhətçi-eksperti Heydər Mirzə 2011-ci ilin aprel ayının 15-dən etibarən, iki həftə ərzində Rusiya Strateji Araşdırmalar İnstitutunda(RİSİ) qonaq elmi işçi qismində Şimali Qafqazda vəziyyət, Rusiya-Azərbaycan münasibətləri kontekstində Şimali Qafqazın problemləri mövzularında elmi tədqiqatlar aparmaq üçün Moskvaya yola düşmüşdür.  

Məlumat üçün bildirək ki, Strateji Araşdırmalar Mərkəzi və RİSİ arasında qarşılıqlı əlaqələrin inkişafının göstəricisi olan elmi işçilərin mübadiləsinə dair anlaşma cari ilin martın 14-də Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması zamanı əldə olunmuşdur.SAM-ın eksperti Heydər Mirzə Rusiya Strateji Araşdırmalar İnstitutunda elmi tədqiqatlar aparacaq


 

: 117