| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Türkiyədə keçiriləcək beynəlxalq simpoziumda məruzə ilə çıxış edəcək

2011-10-10 04:49:00

13-16 oktyabr 2011-ci il tarixində İstanbul Aydın Universitetində (Türkiyə) "Üç dəniz hövzəsi ölkələrinin ortaq idarəetmə mədəniyyəti və yenidən qurulma problemləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Cavid Vəliyev tədbirdə iştirak edərək  "Cənubi Qafqazda geopolitik hakimiyyət uğrunda mübarizə” adlı məruzə ilə çıxış edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin dövlət sistemlərinin və idarəçilik mədəniyyətlərinin meydana gəlməsini, son əsrdə baş vermiş siyasi dəyişiklikləri, onların qarşılıqlı təsirini və bu  müddətdə meydana gələn problemləri, onların həlli yollarını təhlil etməkdir. 



 

: 399