| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Vüsal Qasımlı Dünya Bankının dəvətilə Avstriyaya səfər edəcək

2011-10-29 04:36:00

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı Dünya Bankının dəvətilə oktyabrın 30-dan noyabrın 4-dək Avstriyada səfərdə olacaq. Vüsal Qasımlı Vyana İnstitutunda "Xidmətlərin ticarətinin liberallaşdırılması” mövzusunda seminarda iştirak edəcək. Seminarın mövzusu "Xidmətlərin liberallaşdırılmasının iqtisadi fəlsəfəsi”, "İnvestisiya və əmək qüvvələrinin hərəkəti”, "GATS çərçivəsi”, "Avropa və Mərkəzi Asiyada müqavilələrdə xidmət məsələlərinin tənzimlənməsi” kimi sahələri əhatə edir.

Seminarlarda məruzələri dünyada bu sahədə tanınmış alimlər Joe Francois (Kepler Universitetinin professoru), Pierre Sauvé (Dünya Ticarət İnstitutunun professoru), David Tarr (Dünya Bankının eksperti) və başqaları edəcəklər.

Seminarların hədəf auditoriyası yüksək səviyyəli hökumət məmurları və onların ticarət və iqtisadi məsələlər üzrə müşavirləridir.



 

: 394