| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın ekspertləri Polşanın Beynəlxalq Əlaqələr İnstitutunda çıxış edəcəklər

2013-02-11 03:29:00

11-12 fevral 2013-cü il tarixlərində SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin Rusiya və MDB üzrə eksperti Heydər Mirzə Polşanın Beynəlxalq Əlaqələr İnstitutu (PISM) tərəfindən təşkil olunmuş "Azərbaycan və Avropa Şurası - Enerji və Təhlükəsizlik" adlı konfransda məruzə ilə çıxış etmək üçün Varşavaya səfər etmişdir.  

Gülmira Rzayeva "Cənub Qaz Dəhlizi: milli maraqların və beynəlxalq öhdəliklərin balanslaşdırılması", Heydər Mirzə isə "Qafqazda təhlükəsizlik (Qarabağ kontekstində)" məruzə ilə çıxış edəcəklər. Konfrans iki gün davam edəcək.


 

: 351