| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elan etdiyi müsabiqənin qalibləri mükafatlandırılacaq

2011-10-13 04:50:00

13 oktyabr 2011-ci il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı cari ilin mart ayında elan etdiyi ümumrespublika məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş qaliblərin mükafatlandırılması  mərasimini keçirəcək.
Müsabiqə Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil  qabiliyyətlərinin, yeni istedadların aşkara çıxarılması  məqsədi ilə keçirilmişdir.
Ümumrespublika müsabiqəsində Bakıda və regionlarda, eləcə də xaricdə ictimai və humanitar elmlər sahəsində təhsil alan bakalavr və magistrlər iştirak etmişlər.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, millət vəkilləri, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları, elm və təhsil xadimlərinin iştirakı nəzərdə tutulub. 


 

: 425