| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın əməkdaşları "İƏT üzv ölkələrin beyin mərkəzlərinin 5-ci Forumu"-nda çıxış edəcək

2014-02-19 00:39:20

21-22 fevral 2014-cü tarixlərində SAM-ın aparıcı elmi işçisi Zaur Şiriyev və məsləhətçi eksperti Kamal Qasımov İraqın strateji araşdırmalar qrupunun təşkil etdiyi "İƏT üzv ölkələrin beyin mərkəzlərinin 5-ci Forumu"-nda iştirak və çıxış etmək üçün Bağdad şəhərinə səfər edəcək. 
 
Tədbirdə SAM-ın aparıcı elmi işçisi Zaur Şiriyev "Azərbaycanın xarici siyasəti: Avrasiya və Avropa seçimlərinin balanslaşdırılması" və SAM-ın məsləhətçi eksperti Kamal Qasımov isə "Azərbaycanda dini müxtəliflik: xüsusiyyətlər və çağırışlar" mövzularında məruzələrlə çıxış edəcəklər. 
 
Konfransda İƏT üzv ölkələri arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq, bu ölkələrin etnik və din problemləri, idarəetmə sistemləri və regionda baş vermiş dəyişikliklərdən sonra əmələ gəlmiş təhdidlər haqda müzakirələrin aparılacağı planlaşdırılır.  
  
 
 
 
 



 

: 554