| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Bağdada səfər edəcək

2013-02-22 03:24:00

23-24 fevral 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Məsiağa Məhəmmədi İraq Strateji Araşdırmalar Qrupu tərəfindən təşkil edilən "Təhlükəsiz Regional Mühitə Doğru” mövzusunda keçiriləcək beynəlxalq konfransda məruzəçi qismində çıxış etmək üçün İraq Respublikasının paytaxtı Bağdad şəhərinə səfər edəcək.

"Strateji Bölmə”, "Siyasi Bölmə, "İqtisadi Bölmə” və "Elmi, mədəni və informasiya bölmə” mövzularında olan panellərdə SAM-ın direktor müavini Gülşən Paşayeva "Cənubi Qafqaz regional təhlükəsizlik dilemması: problemlər və perspektivlər”, SAM-ın baş elmi işçisi Məsiağa Məhəmmədi isə "Regional təşkilatlar və regional təhlükəsizlik (Azərbaycan)” mövzularında məruzələr edəcək.
Azərbaycanı eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Kamal Qasımov da təmsil edəcək. O, "Azərbaycanda İslam: etnik qruplar və məzhəblər arasında münasibətlər” mövzusunda çıxış edəcək.


 

: 387