| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Xarici əlaqələri genişlənir

2011-04-01 18:54:00

1 aprel 2011-ci il tarixində Strateji Texniki-İqtisadiyyat Tədqiqatlar Mərkəzinin(Türkiyə) rəhbəri Ünvər Çəkəmoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuş və direktor müavini Gülşən Paşayeva ilə görüşmüşlər. Gülşən Paşayeva qonaqlara Mərkəzin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat vermişdir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur. Humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin zərurəti qeyd edilmişdir. Görüş zamanı, həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.


 

: 402