| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Pakistanda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfransı keçirmişdir

2014-03-07 01:48:51

3-6 mart 2014-cü il tarixlərində SAM-ın direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçisi Fuad Çıraqov İslamabad şəhərində (Pakistan) səfərdə olmuşlar.  

Səfərin məqsədi 4 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Pakistan İslam Respublikasının İslamabad şəhərində yerləşən Sülh və Diplomatiya İnstitutunun (Institute of Peace and Diplomacy(IPD)) birgə təşkilatçılığı ilə “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfransın keçirilməsi olmuşdur.  

Bundan əlavə SAM-ın nümayəndə heyəti "Quaid-e-Azam Universiteti Müdafiə və Strateji Araşdırmalar Mərkəzi"-ndə, Preston Universitetində və İslamabad Siyasi Araşdırmalar İnstitutunda bir sıra görüşlər keçirmişlər.   



 

: 1006