| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Polşada keçiriləcək “Siyasi partiyaların siyasi proseslərdə rolu” mövzusunda seminarda təmsil olunacaq

2011-05-14 13:18:00

16-21 may 2011-ci il tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Polşa Respublikasının paytaxtı Varşava şəhərində "Siyasi partiyaların siyasi proseslərdə rolu” mövzusunda seminar keçirəcək. Tədbirdə ATƏT-ə üzv ölkələrin, o cümlədən Azərbaycandan dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndə heyətləri iştirak edəcək.
 
Azərbaycanı seminarda təmsil edən rəsmi nümayəndə heyətinin tərkibində SAM-ın Daxili siyasətin təhlili şöbəsini müdiri vəzifəsini icra edən Tahirə Allahyarova da iştirak edəcək. Tədbirdə siyasi partiyalarla bağlı üzv ölkələrin öhdəlikləri, milli qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər geniş müzakirə ediləcək.

Varşavaya səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Polşa Prezident Administrasiyası, Parlamenti və Mərkəzi Seçki Komissiyasında görüşlər keçirəcək. Polşa prezidenti Bronislav Komorovski mayın 17-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Varşavada yeni binasının açılış mərasimində iştirak edəcək və tədbir iştirakçıları ilə görüşəcək.

 



 

: 454