| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumunu keçirəcək

2013-05-15 11:27:10

17-18 May 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumunu keçirəcək. 
2 gün davam edəcək forumun ümumi mövzusu "Şərq-Qərb Strateji Körpüsü: QDİƏT Regionunda Təhlükəsizlik, İnkişaf və İnteqrasiya”dır. 
Forumun ilk günündə  Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxış edəcəkdir.  
Moderatorluğunu millət vəkili Rasim Musabəyovun edəcəyi "QDİƏ Regionunda Siyasi İqtisadi Tranformasiya” mövzulu 1-ci paneldə Moldova Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınından Oleg Frunze "Dövlət idarəçiliyi sahəsində paradiqma dəyişikliyi - Moldova üçün həll yolu", Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzdən (Yunanıstan)  Zefi Dimadama "Qara Dəniz regionunda QHT-lər regional əməkdaşlıq və inteqrasiyanın hərəkətverici qüvvəsi kimi", Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsindən Rəcəb Rəhimli "Dövlət idarəçiliyndə innovativ inkişaf prosesinin siyasi aspektləri”, Moldova Elmlər Akademiyası Sosial elmlər və iqtisadiyyat şöbəsinin  kordinatoru Viktor Moraru "Dəyişən dünyada kütləvi informasiya vasitələrinin missiyasi" mövzularında çıxış edəcəklər. 
Azərbaycan Diplomatik Akademiyasının (ADA) elmi işçisi Taleh Ziyadovun moderatorluq edəcəyi "Qara Dəniz iqtisadi əməkdaşliq: baxişlar və imkanlar” mövzulu 2-ci paneldə Bolqarıstan Diplomatik İnstitutundan Valentin Katranciyev "Böyük Qara Dəniz Regionunda Əməkdaşlığa Bolqarıstanın baxışı və maraqları", Rumıniya Prezidentinin Strateji Məsələlər və Beynəlxalq Təhlükəsizlik üzrə müşaviri Yulian Çifu "Şərq Qərb Strateji Dəhlizi Qara Dəniz-Xəzər Dənizi”, Avrasiya Araşdırmalar Mərkəzinin direktoru (Türkiyə) Alev Kılıç "QDİƏT-nın iyirmi illik yekun nəticələri və gələcək fəaliyyət perspektivləri”, Kadir Has Universitetinin (Türkiyə) qonaq elmi işçisi Muxtar Hacızadə "Böyük Qara Dəniz Məkanında Kompleks Regionlaşma”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət idarəçiliyi fakultəsinin dekanı Eldar Azadov "Qeyri-neft sektorunun inkişafı Azərbaycanda iqtisadiyyatın əsəs prioritetidir” mövzusunda məruzələr edəcək.  
Forumun ikinci günü Azərbaycan Diplomatik Akademiyasının Prorektoru Fariz İsmayilzadənin moderatoru olduğu "QDİƏT regionunda təhlükəsizlik gündəmi və münaqişələrin həlli” mövzulu panelində Rumıniya Prezidentinin Beynəlxalq Təhlükəsizlik və Strateji işlər üzrə müşaviri Yulian Chifu "Dondurulmuş münaqişələrin unudulmuş münaqişələrə çevrilməsinin qarşısı necə almalı”, Kolumbiya Beynəlxalq və İctimai münasibətlər məktəbi, Professor David Kuthel "ABŞ və NATO-nun Qara Dəniz siyasəti", Türkiyə Respublikası, Xarici İşlər Nazirliyi, Strateji Araşdırmalar Mərkəzinin müşaviri Ferhat Pirincçi "QDİƏT Regionunda Qloballaşma, Regionalizm, Qarşılıqlıasılılıq", Albaniya Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Alba Cela ”Qərbi Balkanlarda Aİ yeni inteqrasiya əlaqələrinə baxış: QDİƏT Regionunda digər namizədlər üçün fəsadları”, Gürcüstan Siyasi Tədqiqatlar İnstitutunun Həmsədri George Tarkhan-Mouravi "Qara Dəniz və Kimlik Siyasəti", NISS, Qlobalistika və Stateji Təhlükəsizlik üzrə şöbə müdiri (Ukrayna) Kostiantin Kononenko "Qara dəniz regionunda təhlükəsizlik sisteminin formalaşdırılması perspektivləri: Ukraynanın baxışı”mövzusunda çıxışlar edəcək. 
Moderatorluğunu SAM-ın direktoru Fərhad Məmmədovun edəcəyi "Avropan;n enerji təhlükəsizliyinin möhkəmləndiriliməsində QDİƏT regionunun rolu” mövzulu 4-cü paneldə SAM-ın enerji üzrə eksperti Gülmira Rzayeva, "Cənub Dəhlizi beynəlxalq və milli öhdəliklər arasındakı balans", Türkiyənin Giresun Universiteti Qara Dəniz Strateji Araşdırmalar Mərkəzindən Yalçin Sarikaya "QDİƏT Regionunda baş verən siyasi proseslərin xarakteristikasının diversifikasiyası”, Serbiyanın Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutundan Slobodan Yankoviç "Azərbaycan qazı və böyük güc siyasəti”, Avropa və Xarici Siyasətin Yunan Fondunun (ELİAMEP), Yaxın Şərqin Tədqiqatı Layihəsinin rəhbəri,  Evangelos Venetis "Qafqaz və Avropa Müasir İpək Yolunda: TAP və təkamül dəhlizi” və Azərbaycan Diplomatik Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov "Azərbaycan Enerji Resurslarının müsbət xarici effektləri” və SAM-ın Çin üzrə eksperti Rəşad Kərimov, "Qara dəniz və Şərqi Asya arasında strateji link olaraq Azərbaycan" mövzularında çıxış edəcəklər.  


 

: 532