| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"SAM Review” nəşrinin növbəti sayı "Bakı-Tiflis-Qars Dəmiryolu - İpək Yolu üçün Dəmir Əsas" mövzusuna həsr olunmuşdur

2014-10-13 11:26:37

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ingilis dilli "SAM Review” nəşrinin növbəti sayı çapdan çıxmışdır.

 

İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin Elmi işçisi Mahir Hümbətov, qonaq elmi işçi Nivedita Das Kundu və İstanbul Kommersiya Universitetinin iqtisadiyyat üzrə professoru Murat Yülekin müəllifləri olduğu nəşr "Bakı-Tiflis-Qars Dəmiryolu - İpək Yolu üçün Dəmir Əsas" mövzusuna həsr olunmuşdur.


Nəşrdə Azərbaycan, Gürcüstan və Türkiyə Dəmiryolu tarixinin qısa keçmişi, Türkiyə, Gürcüstan və Azərbaycanda dəmiryollarının infrastrukturu və istifadəsi, İnfrastrukturun sıxlığı, Dəmiryolu yükdaşınmasında trendlər, Dəmiryolu sərnişindaşımasında trendlər, Asiya-Avropa Nəqliyyat Dəhlizi, Asiya-Avropa ticarəti və nəqliyyatı, Asiya və Avropa arasındakı dəmiryolu xətlərinin yenidən canlanması, Asiya-Avropa Nəqliyyat Dəhlizi üzərinə yönəldilmiş əsas təşəbbüslər, Avropa-Rusiya əsaslı təşəbbüslər, BMT əsaslı təşəbbüslər, Bakı-Tiflis-Qars Dəmiryolu layihəsi, Regional və qlobal əməkdaşlıq, Yeni Regionşünaslıq və Şəbəkə Diplomatiyası, Geostrateji əhəmiyyət, Regional iqtisadi əməkdaşlıq,  Regionda digər müştərək layihələr və s. mövzularda məqalələr toplanmışdır.  


"SAM REVIEW"-nun bu sayında Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizləri ümumi səviyyədə nəzərdən keçirilir və qiymətləndirilir. Bundan başqa, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi 3 müttəfiq ölkənin perspektivləri əsasında dəyərləndirilir: Azərbaycan, Gürcüstan və Türkiyə. Bu yolun regional inkişafı gücləndirəcəyi və bu 3 ev sahibi ölkənin qlobal şəkildə inkişaf edən dəhlizlərin bir hissəsi olma ümidlərini doğruldacağı sübut olunmuşdur. Həmçinin göstərilmişdir ki, Bakı-Tiflis-Qars Dəmiryolu İpək yolunun canlanmasında da əsas rol oynayacaqdır. BTQ Nəqliyyat Dəhlizinin neft iqtisadiyyatı və neft ticarəti olmayan ölkələrdə ipək yolunun tarixi vəziyyətinin dirçəldilməsinə təkan verəcəyi də nəzərdən keçirilmişdir. 2025-ci ilə qədər bu regionun bölgədəki ölkələrin davamlı inkişafı üçün bir maliyyə mərkəzi də ola biləcəyi ehtimalı diqqətə çatdırılmışdır.



 

: 1139