| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"SAM Review" nəşrinin növbəti sayı çapdan çıxmışdır

2015-01-23 11:16:20

"SAM Review" nəşrinin növbəti 14-cü sayı "Azərbaycanın liderlik etdiyi Cənubi Qafqaz bölgəsində yeni geo-iqtisadi vəziyyət"  (The new geo-economics in the Azerbaijan-led South Caucasus) barədədədir. Nəşrin müəllifləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı və İstanbul Kommers Universitetinin professoru Dr. Murat Yüləkdir.


Müəlliflər qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyinin tarixi əsrin dördə biri qədər olsa da, o, Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir. Təbii sərvətlərdən səmərəli istifadə, rasional makroiqtisadi siyasət və balanslaşdırılmış beynəlxalq diplomatiya nəticəsində Azərbaycan geo-iqtisadi orta güc funksiyasını yerinə yetirir.


Nəşrdə Azərbaycanda makroiqtisadi tarazlıq, iqtisadiyyatın rəqabət qabiliyyəti və sosial bazar modeli təhlil edilərək davamlı inkişaf məsələsinə toxunulmuşdur. Qeyd edilmişdir ki, ərazi bütövlüyünə edilən təcavüzə və 1 milyon nəfər məcburi köçkün və qaçqın olmasına baxmayaraq Azərbaycan regional liderə çevrilə bilmişdir.


"SAM Review" nəşrində Azərbaycanın liderlik etdiyi Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu, TASİM və digər meqalayihələr analiz edilmişdir. 

 

SAM Review 14.pdf




 

: 1621