| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Review adlı xüsusi nəşrin növbəti sayı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn xarici siyasəti adlanır

2016-12-28 16:13:29

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin SAM Review adlı xüsusi nəşrinin növbəti sayı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinin qiymətləndirilməsinə həsr edilmişdir. O, SAM-ın direktor müavini Gülşən Paşayevanın və Vaşinqtonda yerləşən ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stiven Blankın birgə tədqiqat işinin nəticəsidir.

 

 

İki fəsildən ibarət olan bu nəşrdə 1992-ci ildən bu günə qədər ABŞ-ın dövlət və qeyri-hökumət qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təhlil edilmişdir.

 

 

Nəşrin birinci fəslində müxtəlif ABŞ Administrasiyalarının və eləcə də ABŞ Konqresinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına və həllinə yönəlmiş səyləri araşdırılmışdır. ABŞ-ın qeyri-hökumət təşkilatlarının, universitetlərinın, fondlarının və s. Dağlıq Qarabağ sülh prosesi istiqamətində həyata keçirdikləri təşəbbüsləri nəşrin ikinci fəslində nəzərdən keçirilmişdir. ABŞ-dakı erməni diasporunun sülh prosesinə mənfi təsiri müəlliflər tərəfindən xüsusi olaraq vurğulanmışdır.  


THE U.S. FOREIGN POLICY TOWARDS THE RESOLUTION OF THE NAGORNO-KARABAKH CONFLICT.pdf



 

: 566