| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“SAM Review”-nun növbəti sayı çapdan çıxmışdır

2013-05-08 10:43:25

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ingilis dilli "SAM Review” nəşrinin növbəti sayı çapdan çıxmışdır.


SAM-ın aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimovun və Çin Xarici Əlaqələr Universitetindəki Diplomatiya Mərkəzinin direktoru Qao Feyin müəllifləri olduqları həmin nəşr Çin Xalq Respublikasının Mərkəzi Asiya və Azərbaycana dair enerji siyasətinə həsr olunmuşdur ("China’s Energy Policy throughout the Central Asia to Azerbaijan”).

Azərbaycan və Çin mütəxəssisləri statistik göstəricələri, ÇXR-in və Azərbaycan Respublikasının enerji təhlükəsizliyinə dair siyasi və iqtisadi maraqlarını, proqnozları təhlil edərək hər iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi zərurətini vurğulamışlar.

Jurnalı bu linkdən oxuya bilərsiniz - http://sam.az/publications/journals/870.html

 



 

: 389