| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” Çin dilində kitabı işıq üzü görmüşdür

2017-10-30 05:42:14

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin çin dilində yeni nəşri – “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” adlı kitabı çapdan çıxmışdır. Kitab SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimov və Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Yan Cin tərəfindən tərtib və tərcümə edilmişdir.


Kitabda 2016-cı ilin oktyabrın 16-da SAM-ın təşkilatçılığı ilə “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfrasda səsləndirilmiş çıxış və məruzələr toplanmışdır. Eyni zamanda, SAM-ın direktoru Fərhad Məmmədovun müəllifi olduğu "Azərbaycanın geosiyasi identikliyi" adlı analitik yazısı və SAM-ın aparıcı elmi işçisi Azad Qəribovun məllifi olduğu "Cənubi Qafqaz regional təhlükəsizlik kompleksində müttəfiqlik və alyans siyasəti" adlı SAM-ın Şərhləri xüsusi buraxılışı çin dilinə tərcümə edilərək kitabda yer almışdır.


Kitabın əsas məqsədi Çin ekspert ictimaiyyətinə Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdən, region ölkələrinin seçdiyi xarici siyasət prioritetlərindən, münaqişələrdən və xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında çin dilində dolğun məlumat verməkdən ibarətdir.


 "The role of Azerbaijan in regional arena: Realities and perspectives"



 

: 501