| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM İslam ölkələri beyin mərkəzləri ilə memorandum imzaladı

2012-03-04 08:52:00

2012-ci ilin mart ayının 2-də və 3-də Bakıda keçirilən, İƏT üzv dövlətlərin beyin mərkəzlərinin III Forumu  yekununda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Qazaxıstanın, Qırğızıstanın, Pakistanın, Tacikistanın müvafiq qurumları və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu ilə anlaşma memorandumları imzalanmışdır.

Sonra İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun Bakı Bəyannaməsi qəbul edilmişdir.

Sonda Forum iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Forumun iştirakçıları mədəni proqram çərçivəsində Bakının görməli yerləri ilə tanış olmuş, onlara Azərbaycanın zəngin tarixi və mədəniyyəti barədə  ətraflı məlumat verilmişdir.  



 

: 814