| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM tarixçi alim Oleq Kuznetsovun «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabını Almaniyada ingilis dilində çap etdirmişdir

2016-06-06 13:08:05

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin dəstəyi ilə rusiyalı tarixçi alim və hüquqşünas Oleq Kuznetsovun «XX əsrdə transmilli erməni  terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabı Almaniyada ingilis dilində dərc edilmişdir.

Oleq Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizmi üzrə Rusiyada tanınmış mütəxəssislərdən biridir.  

 

Müəllif uzun müddət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq etmiş, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə etmiş və hadisələrin real təsvirini yaratmağa nail olmuşdur. Kitab müəllifin fərdi yanaşmasıdır və hüquqi sənədlərə istinadən yazılıb.

 

Əminik ki, bu kitab xarici ölkələrdə də maraqla qarşılanacaq, Cənubi Qafqaz regionunda baş verən hadisələr və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun və obyektiv fikrin formalaşmasına xidmət edəcək. 



 

: 1528