| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçirəcək

2017-06-13 06:33:16

16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Caucasus International” jurnalının dərc edilməsinin 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Tədbirdə Cənubi Qafqazın qlobal aktorlarla qarşılıqlı əlaqələri, maraq və gözləntiləri, həmçinin Cənubi Qafqaz regionu ilə qonşu dövlətlər arasındakı regional əməkdaşlıq və ortaq çağırışlar mövzularının müzakirəsi nəzərdə tutulub.

 

Konfransda SAM – ın direktoru, Aİ – nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin birinci müşaviri və Siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin müdiri, Rusiyanın “Valday” Forumunun Proqram direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Çin Beynəlxalq Münasibətlər İnstitutunun Vitse-Prezidenti,“Caucasus International” jurnalının İcraçı redaktoru, Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin Direktoru, Almaniyanın Bohum Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülh və Hərbi Münaqişələr Hüququ İnstitutunun direktoru, SAM-ın direktor müavini, İranın Şahid Behəşti Universitetinin Regional Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun müəllimi, Gürcüstanda yerləşən Beynəlxalq Qara Dəniz Universitetinin müəllimi, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının eksperti müxtəlif mövzularda müzakirələr aparacaq.


Tədbirdə iştirak etmək üçün info@sam.gov.az ünvanına məktub yazaraq iştirakınızı təsdiq etməniz xahiş olunur.

 



 

: 454