| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçiriləcəkdir

2018-03-06 05:39:15

8 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı, eləcə də Yaponiya Baş nazirinin Xüsusi Məsləhətçisi Tomohiko Taniquçinin iştirakı ilə dəyirmi masa keçiriləcəkdir.


Tomohiko Taniquçi “Yaponiya diplomatiyası və geostrateji məqsədləri” mövzusundakı məruzəsində diplomatiya, Yaponiyanın xarici siyasəti və Azərbaycan – Yaponiya ikitərəfli münasibətlərinə dair məruzə ilə çıxış edəcək.


Tədbirdə SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri  Cavid Vəliyev, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori, habelə Azərbaycanın bir sıra beynəlxalq münasibətlər, siyasət və diplomatiya üzrə mütəxəssis və ekspertləri iştirak edəcək.

 

Ünvan: M. İbrahimov küçəsi 8 (4-cü mərtəbə)

Tel: (+994 12) 596 82 41

E-mail: info@sam.gov.az


 



 

: 1287