| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Separatizm Beynəlxalq Nizama Təhdid Kimi” mövzusunda beynəlxalq konfrans keçirəcək

2018-09-25 10:45:37

3 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Separatizm Beynəlxalq Nizama Təhdid Kimi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

 

Konfransda beynəlxalq hüququn ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi, Avropada mövcud separatizm meylləri və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişələrin həllinə dair mövzuların müzakirəsi nəzərdə tutulmuşdur.

 

 

Separatizm proseslərinin nəzəri və hüquqi kontekstdən müzakirəsinə həsr edilmiş tədbir Strateji Araşdırmalar Mərkəzinin direktorunun, Türkiyənin sabiq xarici işlər naziri, Beynəlxalq Sülh və Hərbi Münaqişələr Hüququ İnstitutunun baş elmi işçisi (Boxum Rur Universiteti), “Elcano” Kral İnstitutu və Avropanın digər nüfuzlu araşdırma mərkəzlərindən dəvət edilmiş təhlilçilərin və eləcə də millət vəkillərinin iştirakı ilə həyata keçiriləcək.

 

 

Tədbirdə iştirak etmək üçün info@sam.gov.az ünvanına məktub yazaraq iştirakınızı təsdiq etməniz xahiş olunur.

 



 

: 615