| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

2018-05-11 10:18:26

16 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Milli birlik, tarixi varislik  və XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Konfransda Azərbaycanın XX və XXI əsrlərin əvvəllərində keçdiyi tarixi inkişaf yoluna nəzər salınaraq Şərqdə ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətinə dair mövzuların müzakirə edilməsi nəzərdə tutulmuşdur.

 

AXC-nin 100 illik yubileyinə həsr edilmiş konfransda  SAM-ın direktorunun, Kazan Federal Universitetinin Beynəlxalq Münasibətlər, Tarix və Şərqşünaslıq İnstitutunun direktor müavininin, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdirinin, Mançester Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin, Balıkesir və Sakarya universitetlərinin və eləcə də AMEA Tarix İnstitutu və Rusiya EA Tarixi İnstitutunun doktor və professor heyətinin, habelə SAM-ın elmi işçilərinin, Prezident  Kitabxanasının şöbə müdirinin, DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə  dair müxtəlif məruzələri dinləniləcəkdir.

 

Tədbirdə iştirak etmək üçün info@sam.gov.az ünvanına məktub ünvanlayaraq iştirakınızı təsdiq etməniz xahiş olunur.

 



 

: 597