| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Türkiyədə “Azərbaycan həftəsi” keçirəcək

2018-11-26 06:05:24

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM)  birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixləri ərzində paytaxt Ankara şəhərində “Azərbaycan həftəsi” təşkil edəcək. Bu məqsədlə SAM, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşlarından, habelə Millət vəkili və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankaraya səfər etmişdir.



Səfər Ümummilli lider Heydər Əliyevin Ankaradakı  abidəsinin ziyarəti ilə başlayıb.



Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Ankaradakı səfirliyində, Türkiyə XİN SAM və Avrasiya İncələmələr Mərkəzində (AVİM) dəyirmi masalar keçirməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, 28  noyabr tarixində SAM və Türkiyə XİN-in birgə təşkilatçılığı ilə Türkiyənin aparıcı beyin mərkəzlərindən olan  Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) Azərbaycan-Türkiyə münasibətlərinin gələcək statusuna dair beynəlxalq konfrans keçiriləcək.



Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Türkiyən XİN Strateji Araşdırmalar Mərkəzi arasında 2011-ci ilə imzalanmış Əməkdaşlığa dair Memoranduma əsasən hər bir ildən bir Türkiyə və Azərbaycanda müvafiq olaraq, “Azərbaycan həftəsi” və “Türkiyə həftəsi” keçirilir. Qeyd edək ki, hər iki ölkədə keçirilən silsilə xarakterli tədbirlərin əsas məqsədi elmi- ictimaiyyət nümayəndələrini iki ölkənin daxili, xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırmaqdan və ikitərəfli münasibətlərin inkişafına təkan verməkdən ibarətdir.



Türkiyədə keçirilən tədbirlər barədə tezliklə ictimaiyyət geniş şəkildə məlumatlandırılacaq.

 

 

 

 



 

: 427