| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Türkiyə Respublikası Prezidenti Administrasiyasında və Xarici işlər Nazirliyində görüşlər keçirmişdir

2018-11-28 06:18:24

26-30 noyabr 2018-ci il tarixlərində Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Türkiyə Respublikası Prezidenti Administrasiyasında  və Xarici işlər Nazirliyində  bir sıra görüşlər keçirmişdir.



27 noyabrda SAM-ın nümayəndə heyəti Türkiyənin Prezident Administrasiyasında (Türkiyə Cümhuriyyəti Cumhurbaşqanlığı) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşmüşdür.




Görüş zamanı qonaqları salamlayan T.N. Sönməz ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair məlumat vermiş və hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrinin gələcəkdə də genişlənməsinə ümidvar olduğunu bildirmişdir. Görüş Azərbaycan-Türkiyə əməkdaşlığının tarixi və hər iki ölkənin hökumət başçıları səviyyəsində davam edən mehriban qonşuluq siyasəti,  qlobal miqyaslı layihələrin həyata keçirilməsində iki ölkə arasındakı qarşılıqlı dəstək və ölkələr arasındakı strateji tərəfdaşlıq mövzularının müzakirəsi ilə davam etmişdir.



Bununla yanaşı, SAM Türkiyədə təşkil etdiyi “Azərbaycan həftəsi” çərçivəsində keçirdiyi silsilə tədbirləri davam etdirərək Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzində (Türk XİN SAM) qapalı dəyirmi masa formatında görüş təşkil etmişdir. Türkiyə və Azərbaycan arasındakı ikitərəfli münasibətlər, bu münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və əməkdaşlıq aspektləri və eləcə də regionun siyasi arenasında cərəyan edən hadisələrə dair mövzuların müzakirəsinə həsr edilmiş dəyirmi masa Türkiyə XİN SAM-ın rəsmiləri, Türkiyə Universitetlərinin akademik heyəti və eləcə də tanınmış beyin mərkəzlərinin nümayəndələrinin müşayiəti ilə həyata keçirilmişdir.

 

 



 

: 191